Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

BNA məsləhət almaq üçün 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

08.07.2020 14:28 2 263
BNA məsləhət almaq üçün 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Alpina Parking Consulting” MMC olub.

Median.Az
Yeniavaz.com-a istinadla xəbər verir ki, “Alpina Parking Consulting” MMC BNA-nın sifarişi əsasında Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətini həyata keçirəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “Alpina Parking Consulting” MMC-yə 2 milyon 124 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Alpina Parking Consulting” MMC cəmi 4 ay əvvəl – 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. BNA-nın tender elanı aprel ayının əvvəlində elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi ay yarım əvvəl yaranıb.

Onu da bildirək ki, “Alpina Parking Consulting” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 2,1 milyon manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A ünvanında qeydiyyatdadır.

MMC-nin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.скачать dle 11.3
Mojo.az Banner