Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır

09.10.2024 22:03 1 182
Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Toyota Absheron Merkezı” MMC (VÖEN – 3103678821) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi "Toyota Absheron Merkezı” MMC-dən dəyəri 145 min 300 manat olan 1 ədəd avtomobil alacaq.

Bildirilir ki, istehsal ili 2024-cü il olan "SUV/Offroad” ban növünə malik 5 qapılı avtomobilin mühərrik gücü 2400-3500 kub sm. olmalı və benzilə işləməlidir.

Qeyd edək ki, hazırda satışda olan və bu göstəricilərə uyğun olan "Toyota Land Cruiser” modelləridir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan "Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.

Onu da bildirək ki, "Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən "Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan "İSR Holdinq” şirkətlər qrupuna daxildir.скачать dle 11.3
Mojo.az Banner