Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda parklanmanın təşkili üzrə Baş Plan hazırlanır

19.08.2020 21:51 1 197
Bakıda parklanmanın təşkili üzrə Baş Plan hazırlanır
Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir. Layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub. Bildirilib ki, 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası şəffaf idarəetmə Baş planın əsas hədəflərindəndir.

Hədəfə nail olunması üçün innovativ həllərin tətbiqi nəzərdə tutulub. Müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkin yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə baş planda əksini tapan əsas məsələlərdəndir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yoldan kənar parklanma sahələrinin təşkili və idarə olunması üzrə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət "Alpina Parking Consulting” MMC ilə əməkdaşlıq edir. Şirkət parklanma vəziyyətinin qiymətləndirilməsi, mövcud parklanma sahələrinin təhlili, ümumi qiymət siyasətinin müəyyən edilməsi və iqtisadi əsaslandırılması, müvafiq parklanma infrastrukturunun qurulması işlərində məsləhətçi qismində çıxış edir.

"Alpina Parking Consulting” MMC şəhərimiz üçün parklanmanın inkişaf konsepsiyasının və modelinin hazırlanması, beynəlxalq təcrübələrdən istifadə edərək ümumi parklanma siyasətinin formalaşması, mövcud parklanma qarajlarının inkişaf konsepsiyalarının hazırlanması işlərində də Bakı Nəqliyyat Agentliyinə dəstək olacaq.

Məlumat üçün bildiririk ki, "Alpina Parking Consulting" şirkəti 1997-ci ildə yaradılan "Alpina" şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir. Şirkət Fransa, Almaniya, Avstriya və Avropanın digər ölkələrinin iri şəhərilərinin müvafiq qurumları ilə əməkdaşlıq edir.скачать dle 11.3
Mojo.az Banner