Mojo.az Banner
12:04 Robert Koçaryanın saxlanılmasının görüntüləri yayıldı - VİDEO (Yenilənib)  |     12:00 Azərbaycan nefti ucuzlaşıb  |     11:54 Oman sahillərində neft tankeri vuruldu  |     11:35 Göygöldə yük avtomobili piyadanı vurub öldürdü  |     11:33 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 500-ü keçdi  |     11:33 Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB  |     11:30 Şəhid anası tələbə adını qazandı  |     11:28 İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək - Video  |     11:17 Faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ  |     11:13 Qaradağda 45 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |    
Left Banner
Right Banner

Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar - FOTO/VİDEO

04.07.2020 15:17 2 626
Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar - FOTO/VİDEO
Karantin rejimi günlərində icazələri olmadan qeyri-qanuni yollarla Bakıdan Qəbələyə gedən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbir görülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən hotellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib.

Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində Bakı şəhərindən Qəbələyə gəldikləri məlum olub.

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.

Gələcəkdə bu cür qayda pozuntularının olacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. İcazələri olub, iş məqsədilə rayona ezam olunan vətəndaşlara da rast gəlinib.

Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də, müəyyən olunmuş müddət ərzində iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların hərəkətinə hər hansı məhdudiyyət tətbiq edilməyib.






скачать dle 11.3
Mojo.az Banner