Mojo.az Banner
19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hərbi xidmət keçmiş gənc yenidən əsgərliyə çağırıldı - FOTO

25.06.2020 16:52 1 824
Azərbaycanda hərbi xidmət keçmiş gənc yenidən əsgərliyə çağırıldı - FOTO
Hərbi xidməti illər əvvəl başa vursa da, hər üç aydan bir ona yenidən çağırış gəlir.

Baku TV xəbər verir ki, maraqlı hadisə Cəlilabadda baş verib.

Belə ki, rayonun Adnalı kənd sakini, 28 yaşlı Emil Əmirli 2011-ci ildə Beyləqan rayonundakı hərbi hissələrin birində 1 il 6 ay xidmət edərək, ordu sıralarından tərxis edilib. Lakin 2018-ci ildən etibarən onun yaşadığı evə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsi tərəfindən hərbi xidmətə yollanması üçün ilkin tibbi müayinədən keçməsi tələbi gəlib.

Bu azmış kimi ona xəbərdarlıq olunub ki, müayinədən keçmədiyi halda cərimə olunacaq. Ən maraqlısı odur ki, Emil mövcud məsələ ilə bağlı hələ bir il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı hərbi bilet təqdim edib. Lakin analoji hadisə bir neçə aydan bir yenidən təkrarlanır.

Artıq Emil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunması üçün məhkəməyə müraciət etməyə hazırlaşır.



скачать dle 11.3
Mojo.az Banner