Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxdu, biri öldü - RƏSMİ

25.06.2020 12:06 3 292
“Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxdu, biri öldü - RƏSMİ
“Bakı Metropoliteni” QSC-nin 29 əməkdaşı koronavirusa yoluxub, bir nəfər isə ölüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda koronavirusa yoluxan əməkdaşlar müvafiq tibb müəssisələrində müalicə alırlar:

“Əməkdaşların vəziyyəti “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır. Ümumiyyətlə, bu məsələlərdə TƏBİB və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqə saxlanılır. Müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

COVID-19 infeksiyasının ölkəmizdə yayılmağa başladığı vaxtdan müxtəlif dövrlərdə altı metropoliten əməkdaşı bu xəstəlikdən müalicə alaraq sağalıb, bir nəfər isə vəfat edib. Ötən müddət ərzində bu və digər səbəbdən COVID-19 şübhəsi ilə müvafiq yaxma götürülən yeddi metropoliten işçisinin test nəticəsi mənfi olub.

Yeni tipli koronavirus infeksiyasına yoluxmuş qurum əməkdaşları müxtəlif sahələrdə çalışırlar. “Bakı Metropoliteni” QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.

B.Məmmədov onu da əlavə edib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:

“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. COVID-19 simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.

İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin, onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.скачать dle 11.3
Mojo.az Banner