Mojo.az Banner
20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı

24.06.2020 19:00 1 865
Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı
Bakı şəhərində sərt karantin rejimi ilə bağlı yaradılmış karantin postlarında sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı karantin postlarına nəzarət edən yol polislərinə xüsusi texniki vasitələr verilib:

“Bu vaxta qədər əgər bir avtomobilin yoxlanışı üçün 15-20 saniyə vaxt sərf olunurdusa, indi 3-5 saniyəyə avtomobil sürücüsü yoxlanılır. Belə ki, sürücü şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsiyyət vəsiqəsi texniki vasitəyə yaxınlaşdırılır və dərhal da onun icazə alıb-almaması müəyyən olunur.

Sürücülərdən xahiş edirik ki, şəhər ərazisində quraşdırılan stasionar karantin postlarına yaxınlaşarkən icazə vərəqi və ya telefondakı sms cavabı deyil, şəxsiyyət vəsiqəsini təqdim etsinlər.

Üzərində hər hansısa fəaliyyətinə icazə verilən qurumun vəsiqəsi, icazə sənədi olsa da, sürücü və ya sərnişin yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qısa zamanda yoxlanılır. Postlardakı nəzarətçi polislərdə olan xüsusi texniki vasitə şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin icazəli olub-olmadığını dərhal müəyyən edir. Nəticədə karantin postlarında süni tıxaclar yaranmır”.

V. Əsədov bildirib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə rəisləri və vəzifəli zabitləri də paytaxt yollarında yaradılmış karantin postlarında xidmətə cəlb olunublar.скачать dle 11.3
Mojo.az Banner