Mojo.az Banner
23:00 Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?  |     22:53 Bu sürücülər 50 manat cərimələnəcək  |     22:45 Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi  |     22:40 Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb  |     22:32 Alkoqol niyə xərçəngə səbəb olur?  |     22:27 Balakəndə qəzada yaralanan daha bir nəfər öldü  |     22:20 Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq  |     22:15 "Qarabağ"ın qış hazırlıq planı açıqlandı  |     22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |    
Left Banner
Right Banner

Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

24.06.2020 17:09 1 444
Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.

İyunun 25-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Şərq küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.скачать dle 11.3