Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yol qəzası oldu, xəsarət alanlar var

22.06.2020 22:12 1 606
Bakıda yol qəzası oldu, xəsarət alanlar var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Cəfərov Ruslan Akif oğlu, 1959-cu il təvəllüdlü Ağayev Mehman Ağamoğlan oğlu və 1994-cü il təvəllüdlü Cəfərov Ramin Əkbər oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. R.Cəfərova başın əziyi, M.Ağayevə körpücük sümüyünün sınığı və R.Cəfərova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Son xəbərlər