Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Torpaq yollarla rayonlara keçmək istəyən sürücülər necə müəyyənləşdiriləcək? - RƏSMİ

22.06.2020 17:53 2 176
Torpaq yollarla rayonlara keçmək istəyən sürücülər necə müəyyənləşdiriləcək? - RƏSMİ
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan torpaq yollarla rayonlara və ya rayonlardan adıçəkilən ərazilərə keçməyə cəhd edənlərin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi texniki vasitələri işə salıb.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, artıq həmin ərazilərdəki karantin postları istiqamətində olan yollarda müşahidə kameraları və digər texniki vasitələr fəaliyyət göstərir:

"Karantin postları istiqamətindəki yollar artıq həmin texniki vasitələrlə nəzarət altındadır, müşahidələr aparılır. Karantin postu istiqamətində hərəkət edən və karantin postundakı kameralarda görünməyən avtomobillər texniki vasitələrlə müəyyən ediləcək və həmin avtomobilin torpaq yollarla postu gizli keçdiyi aşkarlanacaq. Həmin avtomobillər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülərə tövsiyə edirik ki, karantin postundan kənar torpaq yollarla rayonlara və ya rayonlardan sərt karantin tətbiq edilən ərazilərə keçməyə cəhd etməsinlər. Əks halda həmin hərəkət iştirakçısı müəyyən edilərək məsuliyyətə cəlb olunacaq".скачать dle 11.3
Mojo.az Banner