Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən əhaliyə ÇAĞIRIŞ: “Torpaq yolla, ya da hər hansı şəkildə getməyə çalışsalar...” - RƏSMİ

19.06.2020 19:35 1 906
Yol polisindən əhaliyə ÇAĞIRIŞ: “Torpaq yolla, ya da hər hansı şəkildə getməyə çalışsalar...” - RƏSMİ
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə çağırış edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan respublikanın digər şəhər və rayonlarına getmək istəyən insanların sayı artıb:

“Onların diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhəri və Abşeron rayonunun inzibati ərazilərinə giriş-çıxışa tətbiq olunan məhdudiyyət qüvvədə olduğu üçün yalnız təsdiqlənmiş xüsusi ezamiyyət sənədi əsasında, eləcə də yaxın qohumlarının dəfn mərasimində, habelə arayış əsasında dövrün müayinə və müalicələrinə gedib-gələn şəxslər üçün sözügedən ərazilərə giriş-çıxış üçün icazə verilir. Başqa heç bir halda nə Bakıdan rayonlara, nə də rayonlardan xüsusi karantin elan olunan ərazilərə getməyə icazə verilmir”.

K.Əliyev əlavə edib ki, əhali əziyyət çəkib paytaxtdan 50-60 kilometr kənarda yerləşən karantin postlarına getməsin:

“Gedənlər onsuz da geri qayıtmalı olacaq. Hansısa torpaq və ya hər hansı digər yolla getməyə cəhd göstərməsinlər. Çünki belə hərəkətlər xüsusi karantin rejiminin pozulması kimi qiymətləndiriləcək və həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar”.скачать dle 11.3
Mojo.az Banner