Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - RƏSMİ

22.06.2020 12:11 3 138
Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - RƏSMİ
“İyunun 21-də, saat 00:00-dan sonra Bakı istiqamətinə giriş və çıxış üçün hərəkət edən 900-dən çox avtomobil geri qaytarılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, postlarda yoxlama zamanı paytaxtdan rayonlara getmək istəyən 350 avtomobil geri qaytarılıb:

“Eyni zamanda, rayondan Bakıya gələn 550 avtomobil də geri qaytarılıb”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun, saat 00:00-dan 5 iyul, saat 06:00-dək davam edəcək.

K.Əliyev qeyd edib ki, sərt karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq, 1 440 nəfər, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğu üçün isə 132 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər