Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda karantin qaydalarını pozan yüksək vəzifəli şəxsə töhmət verildi

11.06.2020 18:13 1 792
Azərbaycanda karantin qaydalarını pozan yüksək vəzifəli şəxsə töhmət verildi
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri şiddətli töhmət alıb.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 10-u, saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb.

Təhsil nazirinin 1 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbini aşkar şəkildə pozaraq, təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil edilib.

Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən nəticə çıxarmadığını nəzərə alaraq, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Siracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.скачать dle 11.3
Mojo.az Banner