Mojo.az Banner
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

11.06.2020 17:10 1 514
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir
Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv edilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bolnisi meriyası məlumat yayıb.

Bildirilib ki, kənd ərazisində sonuncu yoluxma halı mayın 16-da qeydə alınıb.

Qeyd olunub ki, karantin rejiminin ləğv edilməsi istiqamətində hazırlıq işləri aparılır.

Xatırladaq ki, Bolnisi rayonunda yeni növ koronavirusa indiyədək 186 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 114 nəfər sağalıb, 4 nəfər isə vəfat edib.скачать dle 11.3
Mojo.az Banner