Mojo.az Banner
11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadını təhqir edən marşrut sürücüsünə xəbərdarlıq edildi

10.06.2020 20:23 1 316
Bakıda qadını təhqir edən marşrut sürücüsünə xəbərdarlıq edildi
Bakıda sərnişin qadını təhqir edən marşrut sürücüsünə xəbərdarlıq edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, fiziki şəxs Rövşən Salamovun müvəqqəti istismarında olan 55 nömrəli müntəzəm marşrut xətti üzrə (99 LF 648) avtobusunda sürücü Elmar İbrahimovun sərnişinə qarşı qeyri-etik davranışı ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılıb. Görüntülərdən də aydın olduğu kimi, sürücü avtobusu yüksək sürətlə idarə edir, buna etiraz bildirən sərnişinə qarşı qeyri-etik ifadələr işlədir, sükan arxasında telefonla danışaraq siqaret çəkir.

Daşıyıcı Rövşən Salamov və Elmar İbrahimov məsələ ilə bağlı izahat verilməsi üçün Agentliyə çağırılıb.

Hərəkətlərindən peşiman olduğunu bildirən sürücü Elmar İbrahimov sərnişinlərdən üzr istəyib. Daşıyıcının müvafiq əmri ilə Elmar İbrahimov işdən azad edilib. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən Daşıyıcı Rövşən Salamova bu cür xoşəgəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.

Bir daha bildirik ki, bu cür qayda pozuntuları törədən, sərnişinlərə qarşı qeyri-etik hərəkətlərə yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda, sürücülərinin sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarət etməyən daşıyıcılar daşımalardan kənarlaşdırılacaqdır.скачать dle 11.3
Mojo.az Banner