Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dövlət qurumuna məxsus avtomobildə narkotik daşıdılar - FOTO

08.06.2020 14:53 1 480
Azərbaycanda dövlət qurumuna məxsus avtomobildə narkotik daşıdılar - FOTO
Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Sərhədçilərimizin sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, iyunun 2-də saat 01:30 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomobil yolunda Ağalı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu ağ rəngli “Qazel” markalı 99-JG-082 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “Dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışarkən avtomobilin sürücüsü ilə birlikdə saxlanılıb.

Saxlanılan şəxslərin 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Eyvazov Tahir Nəsrulla oğlu və 1981-ci il təvəllüdlü Ağcabədi rayon sakini Məmmədov Rəşad Vidadi oğlu olması müəyyənləşdirilmiş, avtomobildəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 350 qram narkotik vasitəyə (4 kq 265 qr heroinə, 2 kq 10 qr metamfetaminə, 2 kq 5 qr tiryəkə, 1 kq 70 qr marixuanaya və 490 ədəd dərman preparatına) oxşar maddələr aşkar olunaraq götürülüb.

Araşdırma zamanı R.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin əməkdaşı olduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus olması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.






скачать dle 11.3
Mojo.az Banner