Sahibkarlıq sahəsində yeni sosial sığorta haqları (qanunvericiliyə edilmiş dəyişikliklər üzrə məlumat)
Müvafiq dəyişikliklər aşağıdakı kimidir:
1) 01.04.20-01.01.21-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar minimum aylıq əmək haqqının (250 AZN) 25%-i = 62.5 manat, digər sahələrdə çalışanlar 15%-i = 37.5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90%-i (56.25 manat və 33.75 manat), digər şəhərlərdə 80%i (50 manat və 30 manat), qəsəbələrdə 60%-i (37.5 manat və 22.5 manat), kənd yerlərində 50%i (31.25 manat və 18.75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əmək haqqının 50%-i = 125 manat, digər sektorlar üzrə 25%-i = 62.5 manat həcmində tutulacaq.
2) Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları müəyyən ediləcək
– şənliklərdə aparıcı, çalğıçı, rəqqas, aşıq, məzhəkəçilik edənlər minimum aylıq əmək haqqının 5%-i = 12.5 manat
– fərdi foto, audio-video xidməti üzrə fəaliyyət 5% = 12.5 manat
– çəkməçi, pinəçi, saat, məişət avadanlığı təmirçisi, ev və mənzillərdə işləyən qulluqçu, bağban, aşpaz, gözətçi, dayə, fərdi bərbər, dərzi, fərdi sürücü, iaşə müəssisəsində ofisiant, nəqqaşlıq emalatxanasının fəaliyyəti 3% = 7.5 manat
– kənd təsərrüfatına yararlı torpağa görə 5 hektar üçün 2% = 5 manat, 5-10 hektar üçün 6% = 15 manat, 10+ hektar üçün 10% = 25 manat
Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu əmsal Bakı şəhərində 2yə, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1.5ə vurulacaq. Bu dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.
//banker.az