Mojo.az Banner
13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda park zəbt edilib, tikinti gedir... - Video

06.06.2020 19:01 2 419
Bakıda park zəbt edilib, tikinti gedir... - Video
Bakının Z.Bünyadov prospekti ilə A.Gəraybəyli küçələrinin kəsişməsində yerləşən keçmiş trolleybus parkının ərazisi işbazlar tərəfindən zəbt edilməkdədir.

Axar.az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, 10 hektardan artıq sahəsi olan bu parkda 500-ə qədər şam ağacı var. Lakin Bakıda trolleybusların hərəkəti ləğv olunandan sonra parkın ərazisində müxtəlif müəssisələr, o cümlədən 20-yə qədər avtomobil yuma, maşın təmiri sexi, bir neçə dəmir qəbulu, xeyli sayda heyvan saxlama və kəsimi məntəqəsi fəaliyyətə başlayıb.

Ətraf binalarda yaşayanlar maşın yuma səslərindən, heyvan saxlanan yerlərdən gələn pis qoxudan evdə otura bilmirlər. Sakinlər qeyd ediblər ki, ərazidə yeni tikililər əsasən gecə saatlarında aparılır və bu da onların qeyri-qanuni olmasına dəlalət edir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, burada görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyacaq park salınmasını dəfələrlə xahiş etdiklərini, lakin bir nəticə olmadığını deyiblər. Bildirilib ki, həmin ərazi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindədir, lakin nəzarət olmadığından işbazlar buranı ələ keçirmək üzrədirlər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov bildirib ki, sözügedən ərazi Nazirlər Kabinetinin 2013-cü ildə verdiyi müvafiq qərarla səfirliklərin və diplomatik korpusların yerləşdirilməsi üçün ayrılıb:

"Ərazi dövlət torpağıdır və orada heç bir özəlləşdirmə aparıla bilməz. Tam olaraq dövlətin, Əmlak Məsələləri Dövlət Komitəsinin nəzarətindədir. Hazırda orada müəyyən hissə Gürcüstan səfirliyinə verilib və onlar da öz ərazisini hasarlayıblar. Orada hər hansısa qeyri-qanuni tikinti aparılması mümkün deyil. Qeyd etdiyim kimi, ora ölkəmizdə digər ölkələrin diplomatik korpuslarının və səfirliklərinin yerləşdirilməsi üçün dövlət tərəfindən ayrılmış bir ərazidir”.скачать dle 11.3
Mojo.az Banner