Mojo.az — elanlar
Son Xəbərlər
20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEO

24.01.2020 13:46 2 098
Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEO
Bakı şəhərində qanunsuz heyvan kəsimi hələ də davam edir.

Bu barədə Oxu.Az-a Yasamal rayonu, Şərifzadə və Talıblı küçələrinin kəsişməsində, 3/8 ünvanında yaşayan sakinlər bildirib.

Onların sözlərinə görə, heyvanlar küçədə kəsilir, qanı yola axıdılır.

Sakinlər bildirib ki, məsələ barədə dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etsələr də, ərazidə iş görülməyib:

“Qurumdan bizim müraciətə cavab olaraq bildirilib ki, Şərifzadə küçəsi ilə Talıblı küçəsinin kəsişməsində fəaliyyət göstərən “Qara dana” adlı heyvan kəsimi məntəqəsində ətin satışı antisanitar vəziyyətdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib.

Bununla əlaqədar olaraq sahibkarlıq subyektinə məxsus qeyri-qanuni heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular ləğv edilib, antisanitar vəziyyət aradan qaldırılıb. Amma bu gün orada vəziyyət AQTA-nın bizə ünvanladığı cavab kimi deyil”.

Vətəndaşlar qeyd edib ki, məsələ barədə Yasamal Rayon İcra Hakimiyyətindən də müraciət ediblər. Lakin qurumdan müraciətə cavab ala bilməyiblər.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, qeyd olunan ərazidə müvafiq qurumlarla birgə dəfələrlə reydlər keçirilib:

“Heyvan kəsimində istifadə edilən vasitə və qurğular sökülüb. Həmin yer nəzarətə götürülüb, müvafiq icra qurumları və hüquq-mühafizə orqanları ilə birgə qeyd olunan ünvanda qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək”.


Son xəbərlər