Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Anemiya xəstəliyi olan uşaqların sayı artıb

02.06.2020 23:20 2 351
Anemiya xəstəliyi olan uşaqların sayı artıb
Azərbaycanda hazırda anemiya ciddi bir problem olaraq qalır və ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstə uşaqların sayında artım müşahidə edilir.

Median.Az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda bildirilir.

Qeyd olunur ki, yod və A vitamini çatışmazlığı olan uşaqların sayında azalma müşahidə edilsə də, boyatmanın ləngiməsi və zəifliyi olan uşaqların sayında cüzi artım izlənilir. Bu baxımdan aztəminatlı ailələrin uşaqlarının müayinəsinə və müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi, reproduktiv sağlamlıq xidmətinin genişləndirilməsi, aztəminatlı ailələrdən olan qadınların qadın məsləhətxanalarının xidmətlərindən istifadə imkanlarının artırılması önəmlidir.

Ölkədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72979 nəfər olub. Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır.

Bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, xüsusilə regionlarda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Uşaqlar arasında inkişaf geriliyinin erkən aşkarlanması, sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və erkən müdaxilənin təmin olunması üçün bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması vacibdir.скачать dle 11.3
Mojo.az Banner