Mojo.az Banner
19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |    
Mojo.az Avto
Mojo.az Avto

Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu

30.05.2020 21:59 3 806
Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu
Norveçli müdafiəçi Veqard Forrenin müqaviləsi qumar aludəçiliyinə görə “Molde” klubu tərəfindən birtərəfli qaydada ləğv edilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

32 yaşlı müdafiəçinin qumara aludə olması maraqlı şəkildə ortaya çıxıb.

Belə ki, “Molde” futbolçularının il ərzində müəyyən qaydaları pozduqları halda ödədikləri cəzalar var. Bu cəza ödənişlərinin toplandığı bir bank hesabı mövcuddur. Bu hesabı isə iki ildir komandanın ən təcrübəli üzvü Veqard Forren idarə edir. Hesabdakı pulların bir qismi ilin sonunda xeyriyyə fondlarına köçürülür.

V.Forren idarə etdiyi bu hesabdan son dövrdə qumar borcunu ödəmək üçün külli miqdarda vəsait götürərək qısa müddətli kreditləri üçün istifadə edib. Əvvəllər də bir neçə dəfə bu cür addım atan futbolçu sonuncu dəfə pulu vaxtında yerinə qoya bilmədiyi üçün yaxasını ələ verib.

“Pul qazanmağa başladığım gündən bu yana təxminən 15 ildir ki, qumar aludəçisiyəm. Qəbul etmək çətin olsa da bu, məni və yaxınlarımı məhv edən bir xəstəlikdir. Vəziyyəti sevdiklərimə açıqladım və hər kəsdən üzr istədim”, - deyə futbolçu bildirib.скачать dle 11.3
Mojo.az Banner