Ləki - Qəbələ dəmir yolu xəttinin tikintisində son vəziyyət - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:54 Bakının üç rayonunda söküntü olacaq  |     18:49 Əfqanıstanda güclü zəlzələ: Özbəkistanda da hiss olundu  |     18:24 Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı  |     17:14 Xırdalanda DOST Mərkəzində yanğın - YENİLƏNİB (FOTOLAR)  |     17:01 Sabah üç rayonun bəzi hissələrində qaz olmayacaq  |     16:59 Ararat Mirzoyan: "Bundan sonra Ermənistanla Azərbaycan arasında sülh olacaq"  |     16:58 Ərdoğanla Putin Çində görüşə bilərlər  |     16:55 Kimlər 30 min manatadək cərimələnə bilərlər? - AEM-dən açıqlama  |     15:38 Azərbaycanda kino çəkilişi FACİƏ ilə bitdi - Ölən və yaralı var - FOTO  |     15:34 Sumqayıtda çörək sexi yanır  |     14:29 Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video  |     13:35 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     13:06 BDYPİ kənd təsərrüfatı texnikası və traktor sürücülərinə xəbərdarlıq edib - Video  |     13:02 Xocavənd və Ağdərədə baş verən yanğınlar SÖNDÜRÜLÜB  |     12:56 İsmayıllı Rayon Mərkəzi xəstəxanasında insan İZDİHAMI - Video  |     12:50 Ukraynada müharibədən sonra ilk dəfə 18-22 yaşlı kişilərin xaricə getmələrinə icazə verildi  |     12:49 Bu gün Bakı metrosu gücləndirilmiş rejimdə İŞLƏYƏCƏK  |     12:37 Bakıda göldə batan uşağın kimliyi məlum olub  |     12:28 Sərnişin taksidə öldürülüb: Otuz il əvvəl törədilmiş qətlin TƏFƏRRÜATI  |     12:26 Bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinin SƏBƏBİ AÇIQLANDI  |    

Ləki - Qəbələ dəmir yolu xəttinin tikintisində son vəziyyət - VİDEO

Ləki - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Artıq tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km-dir.

Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə, torpaq yatağı 90 metrlik yüksək qazma və 12 metrlik tökmələrdən keçir. Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23,3 km dəmir yolunun üst quruluşunun tikinti-quraşdırma işləri yekunlaşıb.


Layihə üzrə yeddi körpü, bir yolötürücü, altı ədəd avtomobil alt keçidi, iki ədəd heyvan keçidi və 106 ədəd suötürücü boru olmaqla, ümumilikdə 122 ədəd süni mühəndisi qurğuları var. Altı ədəd avtomobil alt keçidinin, iki ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb.

Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi üzrə işlər davam etdirilir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi başa çatıb. Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri, həmçinin Hacıalı yarımstansiyasının təmiri üzrə işlər davam etdirilir.

Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13.300 paqonmetr beton qanov nəzərdə tutulub. 2200 paqonmetr hissəsinin tikintisi isə tamamlanıb. Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 və 127 paqonmetr olan iki istinad divarı nəzərdə tutulub ki, onlardan 127 paqonmetr olan istinad divarının tikintisi tamamlanıb.

Lahiyəyə uyğun olaraq yeddi körpüdən ən uzun körpünün tikintisi aparılır. Qeyd edək ki, 10 kV-lıq sərbəst yan qidalandırıcı elektirik xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir. Sürət qatarının təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84,600 paqonmetr uzunluğunda metal hasarın çəkilməsi planlaşdırılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 247 30.05.20 13:51