Mojo.az Banner
20:00 Bu məhsullarda zərərli bakteriya aşkar edildi - AQTA-dan açıqlama  |     19:55 İran Prezidentinin qızı Mehriban Əliyevanı təbrik etdi  |     19:48 Şabranda "Hyundai" yük maşınına çırpıldı - Ər-arvad öldü  |     19:43 10 minlərlə manat ödəsələr də tikinti aparılmır - "Binəqədi-Park''dan ŞİKAYƏT (VİDEO)  |     19:37 "Mançester Siti" onu 100 milyona transfer etdi  |     19:30 Xəzər dənizində yeni ada yarandı - VİDEO  |     19:25 Manatın dövretmə sürəti azalıb  |     19:17 Azərbaycanlı tələbələrin başına iş gəldi - Özü Türkiyədədir, sistemdə görünmür  |     19:12 Sabah rayonlarda leysan yağacaq  |     19:04 Sərhəddə nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırıldı  |     18:59 Dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib  |     18:51 Bu il Azərbaycanda 3 uşağa Laçın adı verilib  |     18:45 Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO  |     18:39 “ChatGPT Plus”da yeni limit  |     18:28 "Tvente"nin baş məşqçisindən "Qarabağ"a böyük tərif: "Daha yüksək turnirlərə layiqdir"  |     18:09 Leyla Əliyevadan ailə FOTOSU  |     17:49 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     17:35 Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB  |     17:26 Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?  |     17:18 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU  |    
Left Banner
Right Banner

Sabaha gözlənilən hava proqnozu açıqlandı

28.05.2020 15:22 2 668
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Azərbaycanda mayın 29-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaqскачать dle 11.3
Mojo.az Banner