18:13 Bakıda sürücüdən kobud davranış: "Bütün sərnişinləri avtobusdan düşürdü" - İDDİA (Video)  |     18:09 Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb  |     18:00 Bakı bulvarında qadın paltarla dənizə atılıb ÜZDÜ  |     17:56 Doqquz ayda Qarabağda bərpa-quruculuq işlərinə 2.5 milyard manat xərclənib  |     16:34 Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama  |     16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |    

Baş prokuror bütün köməkçilərini - VƏZİFƏDƏN AZAD ETDİ

Baş prokuror Kamran Əliyev bütün köməkçilərini - Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib.

Median.Az
biznes xəbərləri portalı "BakuPost"a istinadən xəbər verir ki, işdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxslərin övladlarıdır.

Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.

Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.

Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə "Embawood" şirkətinin sahiblərindən biridir.

Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 170 18.05.20 12:37