15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     12:04 İlham Əliyev Yaqub Eyyubovu təltif etdi  |     12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |     11:58 Baş prokuror Kamran Əliyev Braziliyaya gedib  |     11:57 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     11:55 Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı  |     11:54 Azərbaycan neftinin qiyməti artıb  |     11:53 Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü  |    

Bakıda kişi avtomobili “pub”a çevirdi - FOTO/VİDEO

Bakıda - Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən “pub” aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştəriləri qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yerləşdirib.

Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobillə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib.

Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və yeddi müştərisi saxlanılaraq polis idarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükkişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.

Əlavə edək ki, araşdırma zamanı A.Böyükkişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub.

Müştərilər və obyektin digər əməkdaşları barəsində Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, onların hər biri 100 manat məbləğində cərimə olunublar.











скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 248 14.05.20 18:48