Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

38 günlük fasilədən sonra yeraltı dünyadan FOTOREPORTAJ

09.05.2020 16:45 4 298
38 günlük fasilədən sonra yeraltı dünyadan FOTOREPORTAJ
38 günlük fasilədən sonra Bakı metrosu yenidən sərnişinlərə xidmət göstərməyə başladı.

"Bakı Metropoliteni" koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində martın 31-dən etibarən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, bu gün səhər saat 06:00-dan etibarən metro öz fəaliyyətini bərpa edib.

Metroda sərnişinlərin sayı hələlik kifayət qədər azdır. Bütün metro stansiyalarının çıxışında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşların karantin rejiminin qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur. Sərnişinlərin metroya maskasız daxil olması qəti qadağandır. Stansiyalarda maska taxmayan şəxslər cərimə olunacaqlar. Buna metropolitendə fəaliyyət göstərən polis əməkdaşları tərəfindən ciddi nəzarət edilir.

Stansiya girişində bütün sərnişinlərin hərarəti yoxlanılır və qızdırması olan vətəndaşların stansiyaya girişinə icazə verilmir. Vaqonlarda oturacaqların üzərinə xüsusi nişanlar vurulub. Sərnişinlərin sosial məsafəni qorumaları üçün bir oturacaqdan bir əyləşmələri xahiş olunur. Platformada da sərnişinlər üçün maarifləndirici xarakterli nişanlar vurulub.

Sərnişinlər metronun fəaliyyətinin bərpa edilməsindən razı olduqlarını deyiblər. Yerüstü ictimai nəqliyyatda sərnişin daşınmalarına nə qədər diqqət ayrılsa da, metro üçün, necə deyərlər, burnunun ucu göynəyən vətəndaşların sayı daha çoxdur.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazəsi, "icaze.e-gov.az” portalında qeydiyyat, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.

Əməkdaşımız karantindən sonra metronun fəaliyyətə başladığı ilk günü fotokamerasının yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik:























Son xəbərlər