15:38 Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA  |     15:24 Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!  |     15:18 Qazaxıstan prezidenti: "Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır"  |     15:12 İranda zəlzələ baş verib  |     14:41 Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti uzadıldı  |     14:35 Audiovizual Şura "Space TV"yə xəbərdarlıq etdi  |     14:21 Bakıda körpənin ağciyərindən lobya toxumu çıxarılıb  |     14:20 Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu  |     14:12 Paşinyan: "Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən 18 aya qədər azaldılacaq"  |     14:11 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb  |     14:02 Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - Video  |     13:52 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:24 Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib  |     13:20 Əməkdar mədəniyyət işçisi Fərhad Paşayev vəfat etdi - Video  |     13:18 Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video  |     13:13 Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - Video  |     13:12 Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib  |     13:05 Cenevrədə Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb  |     12:19 Azərbaycanlı reper müharibədə həlak oldu  |    

Bu şəxslərə 1500 manat pul verildi - RƏSMİ

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

İkinci Dünya müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ötən ilin aprelindən 150 manata çatdırılıb.

Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir.

Cari ildə də Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.

Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötən ilki ilə müqayisədə bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1129 şəxs minik avtomobili ilə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları, tənha yaşadıqları halda evlərində sosial məişət xidmətləri ilə təminatı və s. sahələrdə də müvafiq işlər aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 613 08.05.20 20:45