Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qardaşına görə narkotik satan “İkoş”un məhkəməsi başlayır

07.05.2020 12:58 2 564
Qardaşına görə narkotik satan “İkoş”un məhkəməsi başlayır
Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlkanə Nəbiyeva və onun tanışı Samir Abiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Mehdiabad Polis Bölməsi əməkdaşlarının bu il yanvarın 20-də keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü, “İkoş” ləqəbli qadın narkotacir - İlkanə Nəbiyeva isti izlərlə tutularaq, məsuliyyətə cəlb olunub.

Onun yaşadığı Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman oradan külli miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, bir qram metamfetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İ.Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və səkkiz aydır heroin satdığını bildirib.

İ.Nəbiyevanın məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

Daha sonra bu işə görə İ.Nəbiyevanın tanışı S.Abiyev də saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner