Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

AMB-nin sədri: "AGBank" və "Atabank"da sahibkarların 18 milyon manatı qalıb"

06.05.2020 22:33 2 123
AMB-nin sədri:
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "AGBank" və "Atabank"da biznesin (sahibkarların) 18 milyon manat pulu qalıb.

Median.Az
xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

"Bu pulun da bir hissəsi bank sahiblərinin digər bizneslərinə aiddir və onlar özləri qayğısına qalmalıdır. Kənar iş adamlarının vəsaitlərinə gəlincə isə, prosedurlara uyğun olaraq bankların aktivləri Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ötürüləcək və həmin aktivlər reallaşdırıldıqdan sonra yekunda qalacaq vəsait hesabına sahibkarların pulları növbəlilik əsasında ödəniləcək.

Onu da deyim ki, Azərbaycanda iş adamları yalnız bir bankda hesab açmırlar, azı 2 bankla işləyirlər. Hər hansı bankda problem yarananda, hiss olunanda həmin hesablar başqa banka köçürülür və belə bank əməliyyatları reallaşdırılır", - deyə o qeyd edib.//report.az

Son xəbərlər