Məhkəmə DTX-nin həbs etdiyi məmurla bağlı qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:35 Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO  |     13:22 Bu şəxslərə 59 yaşından pensiya veriləcək - Qanun təsdiqləndi  |     13:21 Bakıda ata gizli telefon işlədən qızını döyüb öldürdü  |     13:19 Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb - FOTO  |     13:17 Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb  |     13:14 Azərbaycanın bir sıra çimərliklərində normadan artıq ÇİRKLƏNMƏ AŞKARLANDI  |     13:12 Bu gün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı olacaq  |     13:11 Bakı üzrə müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb  |     13:08 Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalandı  |     12:42 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     12:41 Reyd keçirildi: 16 sürücü barədə protokol tərtib edildi  |     12:40 Sabah Biləsuvarın bəzi ərazilərində qaz kəsiləcək  |     12:37 Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapılıb - Elgünlə eyni məktəbdə oxuyurmuş (FOTO)  |     12:35 İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR  |     12:34 Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı attaşe köməkçisi ilə bağlı QƏRAR  |     12:33 Durov Makronun mesajına cavab vermədi  |     12:32 Sevgilisindən qisas alan altı uşaq anasına hökm oxundu  |     12:30 30 yaşlı kişi bıçaqlandı  |     12:30 Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək  |     12:28 Kanada Azərbaycana təşəkkür edib  |    

Məhkəmə DTX-nin həbs etdiyi məmurla bağlı qərar verdi

Rüşvətdə ittiham olunan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, M. Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə şikayət təmin olunmayıb.

Qeyd edəki, aprelin 28-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Əhmədov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumat yayıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında DTX və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib.

Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

Fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 120 06.05.20 16:49