Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ

01.05.2020 14:24 1 820
İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ
Sosial şəbəkələrdə ictimai fəal Niyaməddin Əhmədovun işgəncələrə məruz qaldığına dair məlumatlar paylaşılıb.

Paylaşımlarda iddia edilir ki, Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən N.Əhmədova ağır işgəncələr verilib və bu barədə o, çətinliklə də olsa, ailə üzvlərinə məlumat ötürə bilib.

Sosial şəbəkədə yayılan məlumatların da ilk olaraq ictimai fəal N.Əhmədovun ailə üzvləri tərəfindən ictimailəşdirildiyi qeyd olunur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı oxu.az-a açıqlamasında bildirib ki, karantin rejimini pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülür:

“Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, gün ərzində onlarla vətəndaş ictimai nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən müəyyən edilərək, barələrində inzibati qaydada tədbirlər görülür. Tovuz rayon sakini Niyaməddin Arif oğlu Əhmədov da onlardan biridir. Aprelin 16-da o, xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb.

Bu əməli azmış kimi, o, üstəlik polisin qanuni tələbinə də riayət etməyib. Ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddəlləri ilə protokol tərtib olunub və Xətai rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib”.

E.Zahidov onu da əlavə edib ki, vətəndaş N.Əhmədovun söyülməsi və işgəncələrə məruz qalması haqqında sosial şəbəkələrdə paylaşılan məlumatlar əsassızdır:

“Bəziləri sosial şəbəkələrdə N.Əhmədovun həbsi ətrafında əsl şou yaradaraq iddia edirlər ki, guya o, şərlənib, döyülüb, təzyiqə məruz qalıb. Bu iddiaların heç bir əsası yoxdur. Qərəzdən irəli gələn uydurmalardır. N.Əhmədov törətdiyi konkret hüquqazidd əmələ görə qanuna uyğun olaraq, məhkəmənin qərarı ilə həbs edilib. Saxlanılan andan vəkillə təmin olunub, həkim müayinəsindən keçirilib. Vaxtında qida ilə təmin olunur və saxlanma şəraitindən də heç bir narazılığı yoxdur”.скачать dle 11.3
Mojo.az Banner