DTX Azərbaycanda icra başçısının tutulması ilə bağlı məlumat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:53 Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsini aparıb  |     16:50 14 ildən sonra ilk dəfə: Suriya beynəlxalq bank köçürməsini həyata keçirdi  |     15:36 Daha bir ölkənin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçür  |     14:31 Erməni general məhkəmədə vaxtilə işğal olunmuş ərazilərimizdə mina basdırılması ilə bağlı danışdı  |     13:35 Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO  |     13:22 Bu şəxslərə 59 yaşından pensiya veriləcək - Qanun təsdiqləndi  |     13:21 Bakıda ata gizli telefon işlədən qızını döyüb öldürdü  |     13:19 Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb - FOTO  |     13:17 Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb  |     13:14 Azərbaycanın bir sıra çimərliklərində normadan artıq ÇİRKLƏNMƏ AŞKARLANDI  |     13:12 Bu gün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı olacaq  |     13:11 Bakı üzrə müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb  |     13:08 Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalandı  |     12:42 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     12:41 Reyd keçirildi: 16 sürücü barədə protokol tərtib edildi  |     12:40 Sabah Biləsuvarın bəzi ərazilərində qaz kəsiləcək  |     12:37 Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapılıb - Elgünlə eyni məktəbdə oxuyurmuş (FOTO)  |     12:35 İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR  |     12:34 Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı attaşe köməkçisi ilə bağlı QƏRAR  |     12:33 Durov Makronun mesajına cavab vermədi  |    

DTX Azərbaycanda icra başçısının tutulması ilə bağlı məlumat yaydı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

Toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 466 01.05.20 13:56