Bakıda kişi bacısının sevgilisini maşınla əzərək öldürdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:53 Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsini aparıb  |     16:50 14 ildən sonra ilk dəfə: Suriya beynəlxalq bank köçürməsini həyata keçirdi  |     15:36 Daha bir ölkənin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçür  |     14:31 Erməni general məhkəmədə vaxtilə işğal olunmuş ərazilərimizdə mina basdırılması ilə bağlı danışdı  |     13:35 Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO  |     13:22 Bu şəxslərə 59 yaşından pensiya veriləcək - Qanun təsdiqləndi  |     13:21 Bakıda ata gizli telefon işlədən qızını döyüb öldürdü  |     13:19 Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb - FOTO  |     13:17 Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb  |     13:14 Azərbaycanın bir sıra çimərliklərində normadan artıq ÇİRKLƏNMƏ AŞKARLANDI  |     13:12 Bu gün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı olacaq  |     13:11 Bakı üzrə müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb  |     13:08 Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalandı  |     12:42 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     12:41 Reyd keçirildi: 16 sürücü barədə protokol tərtib edildi  |     12:40 Sabah Biləsuvarın bəzi ərazilərində qaz kəsiləcək  |     12:37 Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapılıb - Elgünlə eyni məktəbdə oxuyurmuş (FOTO)  |     12:35 İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR  |     12:34 Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı attaşe köməkçisi ilə bağlı QƏRAR  |     12:33 Durov Makronun mesajına cavab vermədi  |    

Bakıda kişi bacısının sevgilisini maşınla əzərək öldürdü - VİDEO

2019-cu il iyunun 23-də Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsində fərdi yaşayış evinin qarşısında Murad Baxşıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil və həmin nəqliyyat vasitəsi ilə həyətyanı sahənin divarının arasında Rəşad Əliyevin meyiti aşkar edilib.

Murad Baxşıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı məlum olub ki, o, psixotrop maddədən istifadə edib.

Xəzər RPİ 2-ci PŞ-dən daxil olmuş diskə baxış zamanı həmin gün Maştağa-Buzovna yolundan bir qadın və bir kişinin əl-ələ tutaraq Nəcibə Məlikova küçəsinə ayrılan yola döndükləri görünüb. Orada bir-birinin əllərini buraxaraq, qadın kişidən iri addımlarla kənarlaşmağa çalışır. Həmin vaxt arxadan “VAZ-21074” markalı avtomobil uzaqvuran işıqları işlək formada əsas magistral yoldan həmin küçəyə dönür. Kişi geri çevrilib avtomobilə baxır və avtomobil ani vaxtda hər iki şəxsi vurur.

İstintaqla müəyyən edilib ki, həmin qadın Murad Baxşıyevin bacısı olub. Murad avtomobillə hərəkətdə olarkən, bacısı Vüsalə Baxşıyevanı iş yoldaşı Rəşad Əliyevlə əl-ələ tutub getmələrini görür. Psixotrop maddə olan metamfetaminin təsiri altında bunu özü üçün təhqir hesab edib, hər ikisini öldürmək qərarına gəlib. İdarə etdiyi avtomobilin sürətini artıraraq onların üzərinə sürüb, ərazidə yerləşən yaşayış evinin divarına sıxaraq, Rəşad Əliyevi öldürüb. Bacısı isə avtomobilin zərbəsindən qismən yayınmağı bacarıb.

İş üzrə dindirilmiş Murad Baxşıyev bildirib ki, küçəyə dönərkən idarəetməni itirərək avtomobilin ön hissəsi yolun kənarındakı yaşayış evinin divarı istiqamətində fırlanıb. Dönən zaman əyləc əvəzinə səhvən sürətartırıcı pedala ayağını basıb. Avtomobil qızla oğlana dəyib və hər ikisi yerə yıxılıb. Maşından düşəndə qızın Vüsalə, oğlanın isə bacısının iş yoldaşı Rəşad olduqlarını görüb. Həmin gün başı ağrıdığına görə avtomobildə olan dərmanlardan birini içib. Dərman ağ rəngdə olub, onun psixotrop maddə olduğunu bilməyib. Əvvəllər həmin həblərdən istifadə etməyib. Hadisə yerinə gələn polis əməkdaşlarına da idaəetməni itirdiyini deyib.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Vüsalə Baxşıyeva bildirib ki, ayaqqabı sexində toxucu işləyib. İş yoldaşı Rəşadla münasibətləri də yeni formalaşmağa başlayıb. İyunun 23-də işdən çıxıb, onunla birlikdə metro ilə “Koroğlu” stansiyasına, oradan sərnişin avtobusu ilə qəsəbəyə gəliblər. Məlikova küçəsinin yanında avtobusdan endikdən sonra piyada hərəkətlər ediblər, həmin vaxt Rəşad onun əlindən tutub. Təxminən 10 metr getdikdən sonra arxadan musiqi səsi gələn avtomobilin üzərilərinə gəldiyini görüb. Zərərçəkmiş qeyd edib ki, telefonla danışanda qəsəbəyə Rəşadla gəldiyini qardaşına deyib və onun yanında olduğunu qardaşı bilib.

Şahid qismində dindirilmiş Xəzər RPİ Post-Patrul xidmətinin polis nəfəri Əlabas Rüstəmov ifadəsində göstərib ki, hadisə yerinə yaxınlaşanda sürücünün artıq avtomobildən düşüb, piyadanın üzünə su vurduğunu, kənarda isə bir qadının ağladığını görüblər. Sürücüdən nə baş verdiyini soruşduqda həmin şəxs, bacısına sataşdığından onu avtomobillə vurduğunu bildirib. Təcili tibbi yardıma zəng edib ərazini mühafizəyə alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı Murad Baxşıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 486 30.04.20 20:06