Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda xanım sürücünün idarə etdiyi maşın aptekə çırpıldı - FOTO/VİDEO

23.04.2020 13:33 2 496
Bakıda xanım sürücünün idarə etdiyi maşın aptekə çırpıldı - FOTO/VİDEO
Bakıda ötən gün baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı aptekə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, avtomobilə və aptekə maddi ziyan dəyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən saat 13:30 radələrində Buzovna-Zaqulba yolunda baş verib:

“Belə ki, “Isuzu” markalı, 90-JX-721 dövlət nömrə nişanlı yük maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq, yaxınlıqdakı aptekə çırpılıb.

Məndə olan məlumata görə, qəzaya “Mercedes” markalı avtomobili idarə edən qadın sürücünün ehtiyatsızlığı deyil, “Isuzu” markalı yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub”.






Son xəbərlər