19:06 Professor 2026-cı il icbari tibbi sığorta büdcəsini şərh etdi  |     18:58 İki ildə bu səbəbdən 8,1 milyon insan ölüb - Havanın ən çirkli olduğu ölkələr və şəhərlər  |     18:50 AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək  |     18:46 "İstanbul NS" klinikasının külli miqdarda borcu üzə çıxdı  |     18:45 Keçmiş əri tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı evə buraxılıb  |     18:38 Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verib  |     18:30 Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb - YENİLƏNİB  |     18:23 Naxçıvanda bu hakim vəzifəsindən azad ediləcək  |     18:17 Qadın beyin əməliyyatı zamanı klarnet çaldı  |     18:11 Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA  |     18:04 Azərbaycanda iş vaxtları dəyişdirilir - Tıxaclar azalacaq?  |     17:58 Oktyabrın pensiya ödənişi yekunlaşdı  |     17:50 Azərbaycanda 4-cü kurs tələbəsi vəfat edib  |     17:43 Avropada etil spirti qadağan edilə bilər  |     17:38 Tovuzda qadın heyvan üçün istifadə olunan dərmandan zəhərləndi  |     17:25 Yük maşınındakı meyvələr yola dağıldı - VİDEO  |     17:07 Sumqayıtda təcili yardım həkimlərinin iynə vurduğu kişi ÖLDÜ (Yenilənib)  |     17:05 Çayı üzərək Azərbaycana keçən İraq vətəndaşı həbs edilib  |     16:42 Bakı-Qəbələ-Bakı qatar marşrutuna reyslər əlavə ediləcək  |     16:24 Terrorçuluq barədə yalan məlumat verdiyi üçün DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başlayıb  |    

Aliment ödənişlərini evdən çıxmadan bu üsulla ödəmək mümkündür

“Xüsusi karantin dövründə aliment ödənişlərinin gecikdirilməməsi üçün kifayət qədər şərait yaradılıb”.

Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə məlumat verib.

O bildirib ki, karantin müddətində aliment ödənişlərinin vaxtında ödənilməsi vacib məsələdir və bunun üçün elektron sistemlərin imkanlarından istifadə edilə bilər:

“Biz “ASAN ödəniş” və bir çox tətbiqlərdə bir çox borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq. Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib”.

Ağakərim Səmədzadə onu da qeyd edib ki, aliment ödənişini həyata keçirə bilməyən şəxslərin ölkədən çıxışına qadağa qoyulur:

“Hər hansısa səbəbdən nəğdsiz ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyuılan qadağanı götürülməsinə nail ola biləcək. Vətəndaş borcu ödəyən kimi biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxığına qoyulan qadağa götürüləcək”
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 426 30.04.20 18:26