Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ

23.09.2026 16:12 657
“Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ
Son günlər UFAZ-ın 3-cü kurs tələbəsi Fidan Abbaslının burun əməliyyatı zamanı vəfat etməsi barədə məlumat yayılıb. Hadisənin konkret səbəbləri hələlik araşdırılır. Bu hadisə estetik məqsədlə həyata keçirilən burun əməliyyatlarının nə dərəcədə təhlükəsiz olduğu, pasiyentin əməliyyatdan əvvəl hansı müayinələrdən keçməsinin vacibliyi və belə müdaxilələr zamanı risklərin necə qiymətləndirildiyi məsələsini yenidən gündəmə gətirib.

Azərbaycanda plastik və estetik əməliyyatlarla bağlı müəyyən tələblər mövcuddur və əməliyyatların ixtisaslaşmış həkimlər tərəfindən aparılması nəzərdə tutulur.

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Median.Az-a açıqlamasında bildirib ki, burun əməliyyatı kənardan sadə və rutin müdaxilə kimi görünə bilər, amma əslində hər bir cərrahi əməliyyat kimi müəyyən risklər daşıyır:

“Xüsusilə estetik məqsədlə aparılan rinoplastikada pasiyentin sağlamlıq vəziyyətinin əvvəlcədən ətraflı qiymətləndirilməsi olduqca vacibdir. “Sağlamam, deməli əməliyyat üçün heç bir risk yoxdur” yanaşması düzgün deyil. Əməliyyatdan əvvəl ilk növbədə pasiyentin ümumi vəziyyəti, keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar, allergiyaları, əvvəlki əməliyyat və anesteziya təcrübəsi nəzərə alınmalıdır. Qan analizləri, laxtalanma göstəriciləri, ürək-damar sisteminin qiymətləndirilməsi və ehtiyacdan asılı olaraq digər müayinələr aparılır. Burada əsas məqsəd sadəcə analizlərin “normal” çıxması deyil, əməliyyat və narkoz üçün potensial təhlükə yarada biləcək problemlərin əvvəlcədən aşkarlanmasıdır. Rinoplastikanın riskləri də yalnız burunun görünüşü ilə bağlı deyil. Qanaxma, infeksiya, anesteziyaya reaksiya, tənəffüslə bağlı problemlər və digər cərrahi ağırlaşmalar mümkündür. Riskin səviyyəsi isə hər insanda eyni olmur”.

O qeyd edib ki, pasiyentin yaşı, yanaşı xəstəlikləri, qəbul etdiyi preparatlar, əməliyyatın həcmi və anesteziyanın xüsusiyyətləri burada mühüm rol oynayır:

“Estetik əməliyyatın bir fərqi də budur ki, tibbi zərurət olmadığı halda insan özü belə bir müdaxiləyə qərar verir. Ona görə də qərardan əvvəl yalnız “nəticə necə görünəcək?” sualına deyil, “bu əməliyyat mənim üçün nə dərəcədə təhlükəsizdir?” sualına da cavab tapmaq lazımdır. Pasiyent əməliyyatın hansı klinikada, hansı ixtisaslı cərrah tərəfindən və hansı anestezioloji şəraitdə aparılacağını əvvəlcədən bilməlidir. Əməliyyatın mümkün fəsadları, alternativləri və konkret pasiyent üçün risklər həkim tərəfindən açıq şəkildə izah edilməlidir. Son zamanlar gündəmə gələn hər hansı faciəvi hadisənin konkret səbəbini araşdırmanın nəticəsi olmadan əməliyyatın özünə bağlamaq düzgün olmaz. Belə hallarda səbəb yalnız tibbi sənədlər, müayinə nəticələri və ekspertiza əsasında müəyyənləşdirilə bilər. Ancaq bu cür hadisələr bir daha göstərir ki, estetik məqsəd daşısa belə, cərrahi müdaxiləyə adi kosmetik prosedur kimi yanaşmaq olmaz”.

Aysel

Son xəbərlər