22:53 “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib  |     22:37 "Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü  |     22:29 Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı  |     22:18 Bələdiyyə sədrinə "stop" qoyuldu  |     22:09 Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb  |     21:58 Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi  |     21:52 “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu  |     21:25 Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır  |     21:18 Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     21:12 Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI  |     20:56 "Qarabağ"dan erkən qol  |     20:47 DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib  |     20:43 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb  |     20:37 İsrail Qəzzaya 30 fələstinlinin meyitini qaytarıb  |     20:36 Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:31 Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib  |     20:26 Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib  |     20:18 Belqradda parlament binası qarşısında atışma baş verib, xəsarət alan var  |     20:10 Səkkiz ölkədən olan səyyahlar Xankəndiyə gəliblər  |     20:04 Peru paytaxtında 30 günlük fövqəladə vəziyyət elan edilib  |    

“İşlədiklərindən” xəbərsiz olan işsizlər: 190 manatı almağa nə əngəl olur? - VİDEO

190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən bəzi şəxslərə bildirilib ki, onların aktiv əmək müqavilələri mövcuddur. Halbuki vətəndaşların çoxu bundan xəbərsizdir.

Sosial şəbəkələrdə də bununla bağlı çoxsaylı məlumatlar paylaşılır.

Vətəndaşların çoxu aktiv göstərilən əmək müqavilələrinə bir neçə il əvvəl xitam verildiyini, illərdir, işsiz olduqlarını bildirirlər.

Hüquqşünaslar bildirir ki, hazırda nazirlik işsiz kimi qeydiyyata düşən şəxsləri elektron sistem üzərindən yoxlayır. Bəzi hallarda faktiki işsiz olan şəxslərin adı elektron sistemdə əmək müqaviləsi aktiv olan şəxs kimi çıxa bilər.

Bu da onunla əlaqədardır ki, hər hansı müəssisə işçilərini öz hesabına uzunmüddətli məzuniyyətə göndərəndə onların əmək müqavilələrini ləğv etmir. O işçilər əməkhaqqı almasalar da, adları elektron sistemdə aktiv əmək müqaviləsi olan şəxs kimi görünür.

Ekspertlərin fikrincə, birdəfəlik ödəmənin verilməsi üçün müraciət edənlər barədə məlumatlar bu sistem vasitəsilə yoxlanılmamalıdır. Bu sistemdə əmək müqavilələri aktiv olan on minlərlə insan var. Amma onların işlədiyi müəssisə fəaliyyətini dayandırıb, işçilər isə öz hesablarına uzunmüddətli məzuniyyətə göndəriliblər.

Onları bu gün məşğul əhali kimi göstərmək olmaz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 245 23.04.20 13:17