Mojo.az Banner
21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Apteklərdə saxta spirtin satışını təşkil edən şəxslər tutuldu - FOTO/VİDEO

21.04.2020 21:07 2 089
Apteklərdə saxta spirtin satışını təşkil edən şəxslər tutuldu - FOTO/VİDEO
Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca təhlükəli nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təhvil veriliblər.

Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq, üzərinə “Tibbi spirt 95%” sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.

Polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

скачать dle 11.3
Mojo.az Banner