Hamilələrin diqqətinə: Epidemiya zamanı ginekoloqa yalnız bu hallarda gedin! » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     22:48 ABŞ Azərbaycana 20 mlrd. dollara yaxın investisiya yatırıb  |     22:43 "Google" okeana sərmayə yatıracaq  |     22:37 Bakının hansı rayonunda daha çox yeni ev istifadəyə verilib? - SİYAHI  |     22:32 Vergi borcuna görə bu qurumun rəhbərinə "stop" qoyuldu  |     22:25 Bu tələbələrə ayda 350 manat veriləcək  |     22:20 "Ağrı içində yaşamaq istəmirəm" - "Harri Potter"in ulduzundan səs-küylü etiraf  |     22:13 Bakıda uşaq suda boğuldu  |     22:06 İmamoğlunun vəkili də saxlanıldı  |     22:00 Laçında Yusif Mirzənin “31 il sonra” sərgisi açılıb  |     21:52 Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar  |     21:47 35 hərbçi təzminat üçün bir-birini güllələyib - Rusiya ordusunda qalmaqal  |     21:46 ABŞ-a viza rüsumları kəskin artırıldı  |     21:44 Merts Rusiyanı hədələdi: "Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq"  |     21:23 Bir gündə üç uşaq ambulansda doğuldu  |     21:17 Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq  |     21:09 Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır  |     21:01 Qazdan istifadə edənlərə MÜHÜM XƏBƏR - Sabahdan etibarən...  |     20:56 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib  |     20:50 Yevlaxda kişi bıçaqlandı: Oğlu şübhəli bilinir  |    

Hamilələrin diqqətinə: Epidemiya zamanı ginekoloqa yalnız bu hallarda gedin!

Hamilələr pandemiya dövründə nə etməlidirlər?

Median.Az
yenicag-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Mamalıq və Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov bununla bağlı sosial şəbəkədə fikirlərini açıqlayıb. Adətən hamilələr hamiləlik müddəti boyunca 7-9 dəfə ginekoloqa getməlidir. Amma indiki halda bunu 3 dəfə etmək olar. Birinci görüş 17-ci həftə, ikinci 25-27-ci həftə, üçüncü isə 32-33-cü həftələr ərəfəsində ola bilər.

Əlbəttə, hamiləliyi təsdqi etmək üçün də həkimə getmək lazımdır. Çünki hamiləliklə bağlı yalançı simptomların yaranması mümkündür. Və yaxud boru hamiləliyi kimi hallar yaşana bilər. Bu da problem yaradar, qadının həyatı bahasına başa gələ bilər.

Hamilələr digər insanlardan daha çox izolyasiya tədbilərinə əməl etməli, kənar insanlarla əlaqəni kəsməlidirlər. Əlləri tez-tez sabunla yumaq, evin havasını gündə 2-3 dəfə, hərəsində 10 dəqiqə olmaqla dəyişmək lazımdır. Burun boşluğunu az duzlu və ya uyğun məhlulla yumaq lazımdır. Hamilə qadın yalnız həkimə gedərsə evdən çıxmalı və bu halda da əlcək və tibbi maska geyinməlidir.

Evə qayıdanda əlcək və tibbi maskanı müvafiq qaydada çıxarıb atmalı, paltarları çıxarıb yumalı, duş qəbul etməlidirlər. Hamilə qadının ümumiyyətlə, həkimə getməməsi də doğru deyil, bu, dölün ölümünü 5 dəfəyə qədər artıra bilər.

İndiyə kimi olan məlumatlara görə, dünyada cəmi 35 hamilə qadın koronavirusa yoluxub. Onların arasında ölüm halı yoxdur. Çünki hamilə qadınların immun sistemi digər insanlarla müqayisədə fərqli olur, özünü daha dözümlü göstərir. Hamiləlikdə koronavirus olan qadınlardan 3-nün körpəsində virus aşkarlanıb. Bunlar doğuşdan sonra aşkarlanıb, lakin o körpələrin heç birində problem yaranmayıb. Yalnız bir hamilə qadın süni tənəffüs aparatına qoşulub. Xoşbəxtlikdən bizdə bu günə kimi hamilə qadının koronavirusa yoluxması halı qeydə alınmayıb.

Yeni ana olanlar da izolyasiya tədbirlərinə və gigiyena qaydalarına ciddi əməl etməli, özlərini narahat hiss edərlərsə, körpəyə süd verən zaman tibbi maska taxmalı, çox həyəcanlanarlarsa, südü xüsusi cihazla sağıb uşağa verməli və həkimə müraciət etməlidirlər.

Bu günə qədər ana südündə koronavirus aşkarlanmayıb. Lakin koronavirusa yoluxan hamilə ana olandan sonra südü laborator müayinə olunmalı, bundan sonra gigiyena qaydalarına, eləcə də süd vəzininin təmizliyinə riayət etməklə uşağa süd verilməlidir...скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            850 20.04.20 18:14