Mojo.az Banner
21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhalinin internet problemi: Səbəb nədir? - VİDEO

18.04.2020 18:24 2 200
Əhalinin internet problemi: Səbəb nədir? - VİDEO
Karantin dövrü internetə olan ehtiyacımızı daha da artırıb. Hazırda bir çox danışıqlar, hətta dərslər də onlayn formada həyata keçirilir. Bu isə evlərdə ucuz və sürətli internetin xidmətinin olmasını labüd edir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

İT mütəxəssisi Rəşad Əliyev məsələ ətrafında fikirlərini bölüşüb:

“Hazırda evlərdə internetə tələbat daha da çoxalıb, şirkətlərdə isə azalıb. Evlərdə internetin zəif olmasının digər səbəblərindən biri də ADSL istifadə olunmasıdır. Evlərdə fiber-optik internetin olmaması sürətin də zəifləməsi deməkdir”.

Pandemiya bitsə belə, artıq dünyada məsafəli dönəm başlayıb. Yəni internetə olan tələbat azalmayacaq. Bu isə provayderlərin qarşısına yeni tələblər qoyur.

“Növbəti mərhələlərdə bütün evlərdə fiber optikaya keçid, məsafədən internetin olması, LTE və s. sürət problemini həll edə bilər. Texnologiya günü-gündən inkişaf etdiyinə görə, hazırki texnologiyamızı 10 il bundan əvvəlki ilə müqayisə etdiyimizdə böyük fərqi görmüş oluruq. Bu fərqi ölkəmizdə də görmək üçün innovativ həllərə, innovativ yanaşmalara başlamaq lazımdır. Həmçinin, texniki bazamızı genişləndirmək lazımdır”, - R.Əliyev əlavə edib.

Hazırda Təhsil Nazirliyi virtual məktəb layihəsini həyata keçirir, bir çox universitetlər distant təhsilə keçidə hazırlaşır, dövlət qurumları isə xidmətini elektron formada göstərir. Amma yaxın keçmişdə dövlət qurumlarının elektron sistemlərinin vacib məqamları çökməsi təcrübələrini yada salsaq, təhlükəsiz internet məsələnin aktuallığını biraz da artır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova məsələyə aydınlıq gətirib:

“Mütəxəssislərimiz istifadəçilərimizin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Telekominikasiya operatorlarının hamısının internet provayderlərinin karantin rejimində çalışması üçün tam hazırlıq da görülüb və gündəlik də görülür bu işlər”.скачать dle 11.3
Mojo.az Banner