Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

190 manat müavinəti almağa gedən şəxslər icazə müddəti bitdikdə cərimələnir? - AÇIQLAMA

18.04.2020 16:50 1 826
190 manat müavinəti almağa gedən şəxslər icazə müddəti bitdikdə cərimələnir? - AÇIQLAMA
Sosial şəbəkələrdə işsiz şəxslərə verilən 190 manat müavinəti almağa gedən şəxslərin polis tərəfindən cərimələndiyinə dair məlumatlar paylaşılır.

Median.Az
xəbər verir ki, paylaşımlarda cərimələnməyə səbəb karantin qaydaları çərçivəsində vətəndaşlara küçəyə çıxmaq üçün verilən icazə müddətinin bitməsi göstərilir. Vətəndaşlar isə bu gecikmələrin poçt mərkəzlərində olan növbələrin çoxluğu ilə bağlı olduğunu qeyd edir.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları heç bir halda dövlət tərəfindən onlara verilən müavinəti almağa gedən şəxsləri cərimələməyib:

“Əgər vətəndaş həqiqətəndə müavinət almaq üçün yaşadığı yeri tərk edibsə, SMS vasitəsilə ona verilən icazə müddəti bitibsə və əlində müavinətini götürdüyünə dair elektron və ya digər təsdiqedici sənəd varsa, o şəxslərə heç bir halda pul cəriməsi tətbiq edilmir. Onlara sadəcə xəbərdarlıq edilir və yaşadıqları yerə geri qayıtmaları bildirilir.

Lakin son vaxtlar vətəndaşlar arasında evdən çıxmaq üçün bu məqamdan sui-istifadə etməklə karantin qaydalarını pozmağa çalışan şəxslər var. Bu səbəbdən məsələ polis əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq, sui-istifadə hallarına yol verən şəxslər barəsində müvafiq tətbirlər görülür.

Karantin rejimini pozan şəxslərlə bağlı sosial şəbəkələrdə də kifayət qədər videogörüntülər, məlumatlar paylaşılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilir.

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə aprelin 9-dan başlanılıb və bu günə qədər 165 min işsiz şəxsə birdəfəlik ödəmə verilib.

Son xəbərlər