Mojo.az Banner
21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Beş ölkə AVRO-2020-ni keçirmək niyyətində olduğunu açıqlayıb

16.04.2020 19:41 3 640
Beş ölkə AVRO-2020-ni keçirmək niyyətində olduğunu açıqlayıb
AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəziləri 2021-ci ilə keçirilən yarışla bağlı niyyətlərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münxen) futbol federasiyaları bu yarışı keçirmək niyyətində olduqlarını bildirib.

Digər yeddi təşkilatçı şəhər isə koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.

Bunlardan biri də Bakıdır. AFFA və yarışın Bakıdakı Təşkilat Komitəsi hələ rəsmi məlumat yaymayıb. Rusiya (Sankt-Peterburq), İtaliya (Roma), İspaniya (Bilbao), Şotlandiya (Qlazqo), Macarıstan (Budapeşt) və Niderland (Amsterdam) futbol federasiyaları da bu barədə qərarını rəsmi şəkildə açıqlamayıb.

Qeyd edək ki, 12 şəhərdə keçirilməli olan AVRO-2020-nin final mərhələsi martda təxirə salınıb. Bu yarış 2021-ci ilin 11 iyun – 11 iyul tarixlərinə keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner