Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Aprelin 20-dən sonra karantinin ləğv edilməsi xəbərləri ilə bağlı AÇIQLAMA

16.04.2020 15:05 2 482
Aprelin 20-dən sonra karantinin ləğv edilməsi xəbərləri ilə bağlı AÇIQLAMA
TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksion xəstəliklər üzrə uzman həkim Vasif Əliyevin "Qafqazinfo"ya müsahibəsi

- Azərbaycanda xüsusi karantin rejiminin başa çatmasına 4 gün qalıb. Sizcə, biz ölkə olaraq karantindən necə çıxmalıyıq?

- Azərbaycanda vəziyyət stabildir. Bizdə silsiləli artım müşahidə olunmur. Bir ara 104, 105 yoluxma halı oldu. Sonradan isə 50,60,40 civarında yoluxma halı davam etdi. Mən hesab edirəm ki, aprelin 20-dən sonra karantindən çıxmaq tez ola bilər. Bu məsələ Operativ Qərargahla da dəqiqləşdiriləcək. Ola bilər ki, müddət uzadılsın.

Çünki bu dəqiqə karantindən çıxmaq yoluxma hallarının da olduğunu nəzərə alanda fikrimcə, tezdir. Belə olsa, təkrar ikinci bir dalğanı yaşaya bilərik. Bu vaxtı ən azı ayın sonuna kimi uzadıb gedişata görə qərar vermək lazımdır. Ani, düşünmədən addım atmaq sonradan bizə baha başa gələr.

- Ötən gün brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirdi ki, Operativ Qərargaha təqdim etmək üçün yeni qaydalar üzərində işləyirlər. Sizin bu qaydalardan məlumatınız varmı? Proses necə tənzimlənəcək?

- Qaydalar üzərində işlənilir. Amma bu qaydaları dövlətə təqdim etmədən danışmaq hələ tezdir. Bu qaydalar tam işləndikdən və dövlət tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə açıqlana bilər.

- Bu sahənin mütəxəssisi kimi, necə hesab edirsiniz, karantin qaydaları nə zamandan sonra yumşaldılmalıdır?

- Yoluxma hallarının təkcə bizdə yox, eyni zamanda, dünyada da gedişatına baxmaq lazımdır. Yəni xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyətinin zəifləməsinə, xəstəlik keçirmiş insanlarda yüngül formada seyr etməsi və.s kimi hallara baxılmalıdır. Təbii ki bu, bir çox səbəblərdən asılıdır. Məsələ havaların istiləşməsi ilə bağlı deyil. Görsək ki, yoluxma hallarında azalma var və xəstəliyi keçirən insanlar daha yüngül formada bunu keçirirlər və belə vəziyyət dünya ölkələrində də baş verir, o zaman qaydalar mütəmadi şəkildə yüngülləşdirilə bilər.

- Belə fikir səsləndirilir ki, 1 il ərzində bu virus məsələsi gündəmdə olacaq. Bu nə dərəcədə əsaslıdır?

- Bunlar xəstəliyin gedişatına bağlı olan məqamlardır. Heç kim bilmir ki, xəstəlik bundan sonra hansı formada seyr edəcək və ya nə zaman bitəcək. Bu sadəcə təxminlərdir. Çünki hər bir ölkə keçirmiş olduğu pandemiyanı təkrar ikinci bir dalğa ilə də keçirə bilər. Yoluxmayan insanlarda da bir qığılcım yarana bilər. Yəqin ilin sonuna kimi bəzi məhdudiyyətlər ola bilər. Bu da dediyim kimi, xəstəliyin gedişatına bağlıdır. Xəstəlik yüngül formaya keçərsə ictimai iaşə obyektlərə və insanların kütləvi toplandığı yerlərə, ictimai nəqliyyata bəzi məhdudiyyətlər qoyula bilər.

- Bizimlə qonşu olan ölkələrdə vəziyyət ürəkaçan deyil. Məsələyə yəqin bu kontekstdən də baxılmalıdır...

- Amerikadakı, Avropadakı vəziyyəti görürsünüz. İranda proses davam edir. Türkiyə hələ deyərdim ki, xəstəliyin pik nöqtəsini keçməyib. Orada, eləcə də İranda hər gün 90-100 civarında insan vəfat edir. Hələ ki belə aktiv bir vəziyyət olduğu halda, karantin rejiminin bitməsi ilə bağlı vəziyyət düşünürəm ki, doğru deyil. Yəqin ki, karantin rejiminin uzadılması daha məntiqli olar.

- Son olaraq, bizdə bu xəstəliyin pik həddinin gəlib keçdiyini demək olarmı?

- Ola bilər ki, 104, 105 nəfərin yoluxması halı olanda pik səviyyəsinə doğru keçdiyimizi deyə bilərdik. Amma yenə də bunu konkret demək olmaz. Çünki bunu həftələrlə müşahidə etmək lazımdır. Aprelin sonuna kimi tam fərqli gedişat ola bilər. Ola bilər may ayında tam fərqli gedişat olsun. Əgər yoluxma artmağa doğru gedərsə, pik səviyyəsinin hələ də irəlidə olduğunu düşünmək olar. Hələ ki, konkret pik səviyyəsini keçib keçməməyimizlə bağlı bir şey demək olmaz.скачать dle 11.3
Mojo.az Banner