Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

32 mindən çox sahibkar yardım üçün dövlətə müraciət edib - VİDEO

15.04.2020 23:35 2 203
32 mindən çox sahibkar yardım üçün dövlətə müraciət edib - VİDEO
Dövlət tərəfindən koronavirus pandemiyasından zərər çəkən sahibkarlara və onların muzdlu işçilərinə yardımlara başlanılıb.

Dünənə qədər yardım üçün 143 229 işçisi olan 12.457 sahibkarlıq subyekti müraciət ünvanlayıb. Dövlət Vergi Xidməti tərəfindən 10 051 vergi ödəyicisinin sorğusu araşdırılaraq təsdiq edilib.

8 309 vergi ödəyicisinin bank hesablarına isə 76 min 756 muzdlu işçinin əməkhaqqı üzrə 16,64 milyon manat vəsait artıq köçürülüb. Yardım alanlar arasında fərdi sahibkarlar da var.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 19 764 vergi ödəyicisindən müraciət daxil olub. 18 929 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 13,22 milyon manat vəsaitin 15 405 fərdi sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Fərdi sahibkarlara ümumilikdə 80 milyon manat həcmində yardım göstərilməsi nəzərdə tutulub. Dəstəyin minimum həddi 250, maksimum həddi isə 5000 manatdır. 2 faizlik sadələşdirilmiş vergi ödəyicisi olanlar, sabit qəbz almaqla fəaliyyət göstərənlər, o cümlədən daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar müraciət edərək bu maliyyə proqramından yararlana bilərlər.

Ümumilikdə maliyyə dəstəyi proramından yararlanmaq üçün 32 221 vergi ödəyicisi müraciət edib. Yardım alan sahibkarlar isə göstərilən bu qayğıdan razıdırlar. Maliyyə dəstəyi proqramı çərçivəsində edilən müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir.

Son xəbərlər