22:53 “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib  |     22:37 "Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü  |     22:29 Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı  |     22:18 Bələdiyyə sədrinə "stop" qoyuldu  |     22:09 Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb  |     21:58 Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi  |     21:52 “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu  |     21:25 Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır  |     21:18 Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     21:12 Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI  |     20:56 "Qarabağ"dan erkən qol  |     20:47 DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib  |     20:43 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb  |     20:37 İsrail Qəzzaya 30 fələstinlinin meyitini qaytarıb  |     20:36 Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:31 Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib  |     20:26 Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib  |     20:18 Belqradda parlament binası qarşısında atışma baş verib, xəsarət alan var  |     20:10 Səkkiz ölkədən olan səyyahlar Xankəndiyə gəliblər  |     20:04 Peru paytaxtında 30 günlük fövqəladə vəziyyət elan edilib  |    

Saxta icazə arayışı satanlar tutuldu - FOTO/VİDEO

Paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək, sərbəst hərəkətləri məhdudlaşdırılan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar.

Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar.

Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq və DİN bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması üçün DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 748 08.04.20 17:43