19:41 Bakıda avtomobil qadını vuraraq öldürüb  |     19:33 DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirib  |     19:25 Litva Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb  |     19:16 İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb  |     19:07 Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür  |     19:02 Bakı metropolitenində sərnişin ölüb  |     18:42 Cari ildə təhsil sahəsinə üç milyard manat xərclənib  |     18:13 Bakıda sürücüdən kobud davranış: "Bütün sərnişinləri avtobusdan düşürdü" - İDDİA (Video)  |     18:09 Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb  |     18:00 Bakı bulvarında qadın paltarla dənizə atılıb ÜZDÜ  |     17:56 Doqquz ayda Qarabağda bərpa-quruculuq işlərinə 2.5 milyard manat xərclənib  |     16:34 Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama  |     16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |    

Dövlət Komitəsi Gəncədə ərinin benzin tökərək yandırdığı qadını nəzarətə götürüb

Bir neçə gün öncə Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Məhbubə Vaqif qızı Abbasovanın həyat yoldaşı tərəfindən üzərinə benzin tökülərək yandırıldığı xəbəri verilmişdi.

"Report" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat əldə etmək üçün Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Məlum olub ki, M.Abbasovanın boşanmaq üçün məhkəməyə müraciət etməsi tərəflər arasında mühabisəyə səbəb olub. Qeyd edilib ki, M.Abbasova uzun müddətdir yoldaşından ayrılıb və ata evində yaşayır. Aprelin 4-ü S.Abbasov həmin ünvana gələrək M.Abbasovanın üzərinə benzin tökərək yandırıb. 34 yaşlı qadının müxtəlif nahiyələrdən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin kafi olduğu bildirilib. Hadisəni törədən S.Abbasov istintaqa cəlb edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin təyin etdiyi mütəxəssis və psixoloq nənələrinin himayəsində olan uşaqların vəziyyətini qiymətləndirmək üçün ailəyə səfər edib. Məlum olub ki, uşaqların psixoloji durumları normaldır və qohumları ilə birgə analarını xəstəxanada ziyarət ediblər. Onların bildirdiyinə görə, anaları əvvəllər də S.Abbasov tərəfindən zorakılığa məruz qalıb.

Ailə hazırda Dövlət Komitəsinin və yerli icra hakimiyyətinin nəzarətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığımız çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir, cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 252 07.04.20 20:40