16:34 Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama  |     16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     12:04 İlham Əliyev Yaqub Eyyubovu təltif etdi  |     12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |    

Bakıda ata və azyaşlı oğlu SMS icazə üçün 90 mesaj göndərdi - VİDEO

Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz SMS-lər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abunəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-a yaxın SMS göndərdiyi barədə məlumat verilib.


Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib.

Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu - beşinci sinif şagirdi U.Bəhramlı tərəfindən SMS-lər göndərildiyini bildirib.

Məsuliyyətsiz davrandığına və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 239 07.04.20 17:32