Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Xocalı rayon Polis Şöbəsindən aksiya: “Evdə qal” - VİDEO

06.04.2020 14:38 3 842
Xocalı rayon Polis Şöbəsindən aksiya: “Evdə qal” - VİDEO
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və bir neçə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza, eləcə də aztəminatlı ailələrə “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqatlar verilib.

Həmçinin, onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib.

Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub. Sovqatları qəbul edən ailələr istər RPŞ-yə, istərsə də rayon İcra Hakimiyyətinə mütəmadi göstərdikləri yardımlara görə, təşəkkürlərini bildiriblər.









скачать dle 11.3
Mojo.az Banner