Mojo.az Banner
20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu

03.04.2020 21:23 1 876
Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu
Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti virtual videoiclas keçirib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın davam etdirilməməsinə qərar verilib.

Turnir cədvəlində mövcud sıralamaya əsasən, 38 xalla lider olan "Zirvə Astara" klubu Azərbaycan çempionu elan olunub. İkinci pillədəki "Atom" (34 xal) gümüş, 3-cü sıradakı "Gəncə" (32) isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, fevralın 29-da keçirilən 20-ci turun oyunlarından sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci Azərbaycan çempionatında məcburi fasilə yaranmışdı.скачать dle 11.3
Mojo.az Banner