Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

02.04.2020 22:55 1 891
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi
Çində ortaya çıxan koronavirus epidemiyasının heyvanlardan keçməsi ilə bağlı araşdırmalar davam etdirilərkən, Şenzen şəhərində it və pişik əti yemək qadağan edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qadağanın mayın 1-dən qüvvəyə minəcəyi bildirilir.

"İt və pişiklərin digər heyvanlarla müqayisədə insanlarla daha yaxın münasibətləri var. İt və pişik ətinin adağan edilməsi Honq Konq və Tayvan kimi inkişaf etmiş ölkələrdə geniş yayılıb", - deyə Şenzen administrasiyasının açıqlamasında qeyd edilib.

Statistikalara görə, Asiyada il ərzində 30 milyon it yeyilir. Amma it əti yemək Çində çox da geniş yayılmayıb. Çinlilərin çoxu heç it yemədiklərini deyirlər. Digər tərəfdən yanvar ayının əvvəllərində Çində vəhşi heyvanların ətinin yeyilməsi qadağan edilib.

Son xəbərlər